Qərb Azərbaycanın Rusiya ilə yaxınlığından narahatdır — Politoloq

GÜNDƏM 23 apr 2024, 19:27
"Prezident İlham Əliyevin Rusiyaya səfəri Azərbaycanın Rusiya ilə geopolitik, siyasi və iqtisadi müstəvidə münasibətləri fonunda əhəmiyyət daşıyır".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. O bildirib ki, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya məsələsi, kəndlərin qaytarılması gündəmdədir:

"Bununla bağlı ən aktiv mövqedə hər zaman Rusiya çıxış edib. Azərbaycan Rusiyanın bu məsələlərdə əleyhimizə  çıxış etməməsini təmin etməlidir. Zəngəzur dəhlizi məsələsi də Rusiya üçün əhəmiyyətlidir, çünki həmin bölgəyə öz qüvvələrini yerləşdirmək istəyir. 

Dünyada müharibə ehtimalının artdığını görürük. Qərb və ABŞ Mərkəzi Asiyaya, Cənubi Qafqaza daxil olmağa çalışır. Çin də Rusiya ilə müttəfiq kimi görünsə də regiona müdaxilə etmək niyyətindədir. Bu məsələlər çox güman müzakirə olunacaq".

Ekspert qeyd edib ki, Rusiya ilə Azərbaycanı birləşdirən iqtisadi maraqlar da var:

"Rusiya Xəzərdə gəmiçiliyi inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan üzərindən İran, oradan da Hindistana mal axınını təmin etmək istəyir.
Azərbaycan Rusiya, Qərb, Avropa İttifaqı, ABŞ, İsraillə də münasibətləri davam etdirir. Aydındır ki Qərb Azərbaycanın Rusiya ilə yaxınlığından narahatdır. Ancaq Azərbaycan açıq şəkildə bəyan edib ki, Ukraynaya qarşı hərbi əməliyyatlarda Rusiyaya qoşulmur, eyni zamanda Rusiyaya qarşı sanksiyaları da dəstəkləmir".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top