Vətəndaş nikahı qanunsuzdur — Spiker

SOSİAL 23 apr 2024, 13:39
Vətəndaş nikahı Avropadan Azərbaycana keçib.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı qeyd edib ki, Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır: “Amma Azərbaycanda vətəndaş nikahı getdikcə artır. Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb".

Deputat həmçinin vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən bəhs edib.

Sədr Sahibə Qafarova isə qeyd edib ki, vətəndaş nikahı qanunsuzdur: “Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top