Tavuşda bir qrup erməni silahlı qüvvələrinin mövqelərinə doğru qaçıb — VİDEO

REGİON 22 apr 2024, 13:26
Tavuşda bir qrup erməni Ermənistanın silahlı qüvvələrinin mövqelərinə doğru qaçıb.

Demokrat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.

Bildirilir ki, onların bunu etməkdə məqsədi Azərbaycanın apardığı minatəmizləmə işlərinə və delimitasiya prosessinə mane olmaqdır.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top