Ramzan Kadırovun qızı medalla təltif edilib

GÜNDƏM 22 apr 2024, 00:28

Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik Kadırova “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı alıb.

Mükafatı Çeçenistan meriyası, Çeçenistan rəhbəri və hökuməti administrasiyası rəhbərinin birinci müavini və qızın bacısı Xədicat Kadırova elan ediblər.

Onun sözlərinə görə, bacısı sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinə töhfəsinə görə mükafatlandırılıb.

“Tabarikin işə innovativ yanaşması sayəsində Çeçenistanda kiçik və orta biznesin vəziyyəti yaxşılaşır”.

Ötən il Ramzan Kadırovun 15 yaşlı oğlu Adam da bir sıra mükafatlara layiq görülüb.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top