TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb — YENİLƏNİB

ŞOU-BİZNES 20 apr 2024, 13:28
Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

12:59

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

Demokrat.az-ın Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.

Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top