YapiKredi Müraciət Forması
Şou-biznes

"Banu"nun Günelinin ölüm xəbəri yayıldı

Banunun Günelinin ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə "Banu" Günel adı ilə tanınan aparıcı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, onun Londonda müalicə aldığı xəstəxanada vəfat etdiyi iddia olunub.

Aparıcı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib və izləyicilərini narahat olmamağa çağırıb.

"Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur", – deyə o bildirib.

Yayılan məlumatlarda onun uzun müddət Almaniyada müalicə aldığı, daha sonra müalicəsini davam etdirmək üçün Londona yollandığı da qeyd edilib.

Xatırladaq ki, Günel Həsənzadə bir vaxtlar "Space TV"də yayımlanan "Banu" verilişi ilə tanınır. Televiziya ekranlarından uzaqlaşan aparıcının ailə həyatı ilə əlaqədar 2023-cü ildə Türkiyəyə köçdüyü bildirilir.

NE
Nihadə Eyyubova