Yaz fəsli dünyada rekord temperaturla keçir

SOSİAL 19 apr 2024, 17:33
Mövsümi normalardan yüksək temperaturlara görə 2024-cü ilin ilk 105 gününün 69-da qlobal orta temperatur rekordu qırılıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Məlumata görə, ötən ay qlobal orta temperatur 14,14 dərəcə olub, 2016-cı ilin mart ayının orta temperaturunu 0,10 dərəcə üstələyərək ən isti mart ayı kimi qeydə alınıb. 

Həmin aylar üçün tarixdə ən yüksək temperatur 2023-cü ilin iyun ayında qeydə alınsa da, mart ayının orta temperaturu 1,68 dərəcə isti olub. 

Qeyd edək ki, mütəxəssislər yaxın 3 ayda rekord temperaturun müşahidə oluna biləcəyini bildiriblər.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top