Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

ŞOU-BİZNES 18 apr 2024, 22:10

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır”.

Bu sözləri tanınmış aparıcı Kamran Həsənli Yenicag.az-a açıqlamasında deyib.

O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:

“Onlar kafe müğənniləri deyil, onları kimsə saxlayır. Kafedə də yaxşı müğənnilər var, amma heç yana çıxa bilmirlər, çünki pulları çatmır… Xaricdə verilişə gələn qonağa, məşhura müəyyən qonorar ödənir, çünki kanal həmin şəxs sayəsində reklam olunur, gəlir əldə edir və həmin gəlirin də bir hissəsini qonağa verir. Bura şair, yazıçı, müğənni, digər peşə sahibləri daxildir. Əslində, bu normaldır. Adam verilişə gəlir, əziyyət çəkir, istedadını ortaya qoyur. Buna görə ona zəhmət haqqı verilməlidir. Bizdə isə əksinədir, müğənni verilişə gəlmək üçün aparıcının cibinə pul basır. Çünki efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən “məbləği” var, guya digərindən daha səviyyəli olan veriliş daha çox pul tələb edir. Çünki yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var və kiçik məbləğə razılaşmır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 may 2024, 11:07
Top