“2025-ci ilin sonu, 2026-cı ilin əvvəlində...” — Manatla bağlı mühüm AÇIQLAMA

İQTİSADİYYAT 17 apr 2024, 16:27
Dünya bazarında dollar yenidən möhkəmlənməkdədir. Son bir ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. 

Deputat Vüqar Bayramov qeyd edib ki, dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlanma ilə bağlıdır. 

Baş verənlərin fonunda Azərbaycanda da dollar bahalaşa bilərmi? 

İqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında deyib ki, dünyada münaqişələr, gərginlik artanda vəsaitini dollarla saxlayanların sayı artır:

“Amma bunun Azərbaycana birbaşa aidiyyəti yoxdur. Azərbaycanda məzənnə inzibati qaydada Mərkəzi Bank və hökumətin inzibati qərarları əsasında tənzimlənir. Türkiyə və Rusiyadakı kimi bizdə gündəlik olaraq birja dəyişiklikləri olmur. Amma dolayısı ilə bir müddətdən sonra dünyada baş verənlərin bütün ölkələrə dalğavari şəkildə təsirlərinin olması gözlənilən haldır. Azərbaycana da bu, təsirsiz ötüşməyəcək. 

Bu il ərzində hökumətin manatın məzənnəsini sabit saxlamağa imkanları var. Çünki hələ də ticarət balansımızda müsbət saldo var. Ona görə də bu il hansısa dəyişikliyin olacağını düşünmürəm. Amma bu o demək deyil ki, yaxın iki il ərzində məzənnə dəyişiklikləri olmayacaq. 

Düşünürəm ki, 2025-ci ilin sonu, 2026-cı ilin əvvəlində biz ölkədə məzənnə dəyişikliklərini görə bilərik. Manat bir az ucuzlaşa bilər. Hansı səviyyədə ucuzlaşacağını isə hökumətin verdiyi qərar müəyyənləşdirəcək”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top