“İrana qarşı sanksiyaları gücləndirmək lazımdır” — Makron

DÜNYA 15 apr 2024, 12:56
İranın İsrailə raket hücumundan sonra Fransa prezidenti Emmanuel Makron Tehrana təzyiqlərin artırılmasının vacibliyini bildirib.

Demokrat.az xəbər verir ki, Fransa prezidenti BFMTV-nin efirində deyib: “İranı təcrid etmək və sanksiyaları gücləndirmək lazımdır”.

Makronun sözlərinə görə, “Fransa münaqişənin genişlənməsinin qarşısını almaq üçün işləmək niyyətindədir”.

“Ekskalasiya ehtimalı hamımızı narahat edir. Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”.

O, həmçinin əlavə edib ki, Fransa İordaniyanın tələbi ilə İran raketlərinin tutulmasına kömək edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top