İsrail İrana cavab zərbəsi endirməyəcək — SƏBƏB

DÜNYA 14 apr 2024, 18:15

İsrail İrana cavab zərbəsi endirməyəcək.

Demokrat.az xəbər verir ki, KİV-lər İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığından sonra Təl-Əvivin İrana cavab verməkdən vaz keçdiyini yazır.

Məlumata görə, Bayden bütün PUA-ların və raketlərin dəf edilməsinin böyük qələbə olduğunu, buna görə də əlavə qisas almağa ehtiyac olmadığını bildirib.

İranın hücumu nəticəsində ciddi ziyanın dəyməməsi də İsrailin qisas almamaq barədə qərarına təsir edib.

Qeyd edək ki, İsrail Nazirlər Kabinetinin bir neçə üzvü İrana hücumu vacib sayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top