Orduda gender bərabərliyi ilə bağlı seminarlar keçirildi — FOTO

HƏRBİ 14 apr 2024, 12:39
Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə hərbi hissələrdə keçirilən görüşlər davam edir.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən keçirilən görüşlərdə Azərbaycan Ordusunda gender bərabərliyinin təmin olunması, bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, insan hüquqları və digər mövzularda seminarlar keçirilib.

Aparılan maarifləndirmə tədbirləri çərçivəsində hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top