Mirzoyan MDB XİN Şurasının iclasında iştirak etməyəcək

REGİON 08 aprel 2024, 23:30

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Mirzoyan MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək”, - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top