Gürcüstan DİN Tbilisidə sabaha elan olunmuş aksiya ilə bağlı xəbərdarlıq edib

REGİON 01 fevral 2025, 20:46
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə fevralın 2-də elan olunmuş aksiya ilə bağlı məlumat yayıb.

“Report”un yerli bürosunun məlumatına görə, nazirlik aksiya iştirakçılarına qanun çərçivəsində hərəkət etməyi tövsiyə edib: “Polis qanun pozuntularının qarşısını almaq üçün bütün müvafiq hüquqi tədbirləri görəcək”.

Qeyd olunub ki, beynəlxalq əhəmiyyətli yollar strateji obyektlər hesab edilir və onların bloklanması cinayət məsuliyyəti yaradır.

DİN-in açıqlamasında bildirilir: “Strateji və ya xüsusi əhəmiyyətli obyektlərin siyahısına beynəlxalq əhəmiyyətə malik magistrallar, eləcə də Tbilisiyə giriş və çıxış yolları daxildir. Həmin ərazilərin bloklanması

Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən cəzalandırılır. Bu cəza 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 00:29
01 fevral 2025, 20:12
Top