Cəlilabadda meyiti tapılan ər-arvadın bir neçə gün əvvəl öldüyü ehtimal olunur — TƏFƏRRÜAT

KRİMİNAL 07 apr 2024, 22:04

Cəlilabad şəhəri Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanan ər və arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, meyitlər bu gün qonşular tərəfindən aşkar edilib.

Belə ki, 1963-cü il təvəllüdlü Şikarov Ağadadaş İxtiyar oğlunun və həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şikarova Mehparə Cahangir qızının meyitlərini qonşular evə baş çəkərkən aşkarlayıblar.

Onların meyitlərində gedən çürümə prosesinə görə bir neçə gün öncə öldükləri ehtimal edilir.

Qonşuların sözlərinə görə, mərhumların övladları olmayıb.

Hadisə ilə bağlı rayon Cəlilabad rayon Prokrorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top