Qəzzada ölənlərin son sayı açıqlandı

DÜNYA 07 aprel 2024, 18:13

Ötən ilin oktyabrından Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı artıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hücumlarda minlərlə uşaq və qadın olmaqla ölənlərin sayı 33 min 175 nəfərə çatıb.

Yaralıların sayının isə 74 min 518-ə çatdığı qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top