Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edəcək

SƏNAYE VƏ ENERGETİKA 06 apr 2024, 11:08
Aprelin 26-da energetika naziri Pərviz Şahbazov Biləsuvar, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Cəlilabad və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyindən verilən məlumata görə, qəbul saat 11:00-dan başlayaraq Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 213) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]), İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) və Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev, əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top