Bədbəxt hadisədə ölən hərbçimizin — FOTOSU

HƏRBİ 06 apr 2024, 09:52
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlu təlim zamanı açılmış atəş nəticəsində vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, əslən Qubanın Əlik kəndindən olan Saleh bu gün doğulduğu rayonda dəfn ediləcək.

Qeyd edək ki, S.Xələfovun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Fakt üzrə cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top