Polşada güclü külək ölümlə nəticələndi

DÜNYA 02 apr 2024, 20:57
Polşada şiddətli küləkdə ağacların aşması 5 nəfərin ölümünə səbəb olub.

Demokrat.az
xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata görə, ölkənin Zakopane və Rabka-Zdroj şəhərlərində güclü külək nəticəsində 3 ayrı qəza baş verib. 

Rabka-Zdroj şəhərində ağacların aşması nəticəsində 2 qadın və 1 uşaq ölüb. 

Zakopane isə şəhərində bir qadın və bir uşaq ağacın avtomobillərinin üzərinə düşməsi nəticəsində ölüb. 

Digər tərəfdən, səlahiyyətlilər əhaliyə güclü küləyə qarşı xəbərdar edib və yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top