Ana qızına xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 02 apr 2024, 17:14
Masallı rayonunda 1961-ci il təvəllüdlü Gülşən qızı Zeynəbə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 8-də Masallı şəhəri, R.Abbasov küçəsində yerləşən fərdi evlərdən birində baş verib. 

Gülşən özünə məxsus olan fərdi yaşayış evində qızı Zeynəbin gün ərzində mütəmadi olaraq sosial şəbəkədən istifadə etməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun baş və sifət nahiyələrinə yumruq, şillə ilə qəsdən bir neçə-dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Gülşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Gülşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Zeynəb ilə birlikdə yaşayır: “Qızım sosial şəbəkədə vaxt keçirməsinə və orada hər hansı bir şəxslə münasibət saxlayaraq gələcəkdə ailə həyatı qurmasına qarşıyam, mütəmadi olaraq buna mane olmaq istəmişəm. Zeynəbə dəfələrlə bu barədə irad bildirsəm də, onun şəxsi işi olmasını deyib iradlarıma əhəmiyyət vermədi. Bununla bağlı aramızda dəfələrlə sözlə mübahisələrimiz olub”. 

Təqsirləndirilənşəxs qeyd edub ki, yanvarın 8-də, gecə saat 1 radələrində qızı Zeynəbin yenidən telefonda sosial şəbəkəyə girməsini və orada zaman keçirməsini görüb: “Ona bu barədə irad bildirdim. Qızım artıq bu söhbətlərdən bezdiyini, hər gün davam edən, eyni xarakterli söz-söhbəti yekunlaşdırmasını bildirdim. Zeynəbin bu sözündən əsəbiləşdim, onun üzərinə hücum edərək yumruq və şillə ilə baş, sifət nahiyələrimə vurmağa başladım. Bu zaman Zeynəb mənə qarşılıq vermədi, evin digər otağa qaçdı. Daha sonra Zeynəb barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etməsini bildirdi”. 

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Gülşən 3 ay müddətə islah işləri cəzasına məhkum olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top