Ötən il Azərbaycanda "TikTok"dan iki milyondan çox video silinib. Şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidməti bildirib ki, şirkət 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 071 243 videonu silib. Videoların 95 %-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.
Sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, “TikTok” dünyada tam nəzarətsiz qalan sosial şəbəkə platformasıdır:
“İstənilən biabırçılığı, qanunsuzluğu, kriminal kontekstdə olan, əxlaqsız videoları tam sərbəst şəkildə bura yerləşdirmək, canlı yayımlarda göstərmək mümkündür. Belə bir vəziyyətdə xüsusi qüvvələr bundan istifadə edir və cəmiyyəti mənəvi cəhətdən tamamilə məhv etməyə çalışır. Əvvəldən “TikTok”un ölkədə bağlanmasını təklif edənlərdənəm, çünki Azərbaycan xalqına bunun qədər zərər vuran ikici bir sosial platforma yoxdur. Nəinki böyüklər, artıq azyaşlılar da “TikTok” cəhənnəmində məhv olurlar. Mənəvi deqradasiya tüğyan edir”.

Ekspert şirkət tərəfindən verilən bu cür açıqlamaları gülünc və mənasız hesab edir:
“Şirkəti və dediyim müəyyən qrupları yalnız biznes, gəlirlər maraqlandırır. Burada heç bir mənəvi-əxlaqı kriteriyalar, prinsiplər gözlənilmir. Müxtəli ölkələr özlərini bu cür psixotron terrordan qorumaq üçün məhdudiyyətlər tətbiq edir. ABŞ-nin bir çox ştatlarında, bir sıra Avropa ölkələrində, eləcə də dünyanın digər yerlərində artıq “TikTok” qadağan edilib. Azərbaycan hökuməti də bu barədə ciddi düşünməli, “TikTok” dərhal bağlanmalıdır. Düzdür, günümüzdə müxtəlif platformalar mövcuddur, insanlar istədiklərini paylaşa bilirlər. “TikTok”da isə elə bir münbit şərait yaranıb ki, pul qazanmaq üçün də mənfi məzmunlu paylaşımlar stimulyasiya edilir. İnsanlar da baxır ki, biabırçılıqla harada daha çox pul qazanmaq mümkündür, işsizlər, imkansızlar da son çarə kimi bundan istifadə edirlər. Faydalı kanalların abunəçiləri çox azdır, 99 faiz kontekst biabırçılıqdan ibarətdir”.
Törə Zeynallı
Demokrat.az