“Təcili tibbi yardım vertolyotlarına ehtiyac ola bilər” — AÇIQLAMA

SOSİAL 29 mar 2024, 13:13
Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında təcili tibbi yardım vertolyotlarının alınmasını təklif edib. Onun  sözlərinə görə, Rusiyada baş verən hadisələrdən sonra bu məsələ barədə düşünmək lazımdır: “Çox yaxşı olardı ki, təcili tibbi yardım vertolyotları alınsın. Vətən müharibəsi dövründə yaralıları Badmadardakı vertolyot meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara gedirdilər. Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm. Bizdə belə hadisə olsa, necə olar?! Bakıda sıxlıq çoxdur. Yaralıları təcili tibbi yardım maşını ilə daşımaq mümkün olacaqmı?”, deputat qeyd edib. 

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında təklifə müsbət yanaşıb:



“Yaxşı təklifdir, nəzərə almaq lazımdır ki, böyük şəhərlərdə həmişə gözlənilməz hadisələr yaşana bilər. Sovet dövründə sanitar aviasiya deyilən bir xidmət var idi, indi də mövcuddur. Haradasa terror aktı olarsa, sanitar aviasiya yaralıları daşımaq üçün ən ideal vasitədir. Hazırda ölkəmizdə də bu xidmət var, amma əlavə vertolyotların alınması məqsədəuyğun olardı. Bölgələrdə bədbəxt hadisə olarsa, yaralıları böyük şəhərlərdəki klinikalara daşımaq üçün çox sayda vertolyota ehtiyac ola bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top