ABŞ-da sosial media ilə bağlı yeni qanun qəbul edildi

MEDİA 27 mar 2024, 16:58
ABŞ-nin Florida ştatında 14 yaşından kiçik uşaqların sosial mediaya girişini məhdudlaşdıran qanun layihəsi qəbul edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Florida ştatının qubernatoru Ron DeSantis açıqlama verib.

Açıqlamada uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini imzaladığını bildirib. 

Sözügedən qanun 14 yaşından kiçik uşaqların sosial media hesabı açmasını qadağan edir.

Qeyd edək ki, qanunun 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2024, 12:22
Top