Bayram tətili başa çatdı: Avtovağzallarda sıxlıq yarandı — VİDEO

SOSİAL 26 mar 2024, 22:04
Novruz bayramı tətilinin başa çatması ilə bölgələrə gedənlər Bakıya üz tuturlar. Sərnişin çoxluğuna görə rayon avtovağzalları qrafiklərində dəyişiklik edib.

Demokrat.az-ın məlumatına görə, Zaqatala avtovağzalında sıxlığın qarşını almaq üçün əlavə avtobuslar cəlb olunub.

Sərnişinlərin bəziləri sıxlıq olacağını təxmin etdikləri üçün bileti öncədən alıblar.  

Novruz bayramı tətilinin son günündə Gəncə beynəlxalq avtovağzalında da canlanma müşahidə olunur. Sərnişinlərin əksəriyyəti tədbirini əvvəldən görsə də, həmin gün bilet alanlar da olub. 

Avtovağzal rəhbərliyi də əvvəlki təcrübələrə əsaslanaraq xəttə əlavə avtobuslar cəlb edib.

Gəncədən Bakıya gün ərzində sürət qatarı, taksilərlə də sərnişin daşınması həyata keçirilir.

Bayram günləri ilə əlaqədar iki gündür Lənkəran avtovağzalı gücləndirilmiş iş rejimində çalışır. Avtovağzalda səhər saatlarında sıxlıq müşahidə olunub. Buna görə də Lənkəran avtovağzalından əlavə olaraq səkkiz avtobus xəttə buraxılıb.

Avtovağzal rəsmisi süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərinin də gücləndirildiyini bildirib.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top