Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

REGİON 25 mar 2024, 20:00
Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Krokus”da terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib.

“Report” xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

D.İslamov bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. O, mayın 22-dək istintaq təcridxanasında qalacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top