Rusiyada benzin qıtlığı yarana bilər

DÜNYA 21 mar 2024, 21:11
“Rusiyanın neft emalı sahəsi ciddi çağırışlarla üzləşib və bu problemlər yayda ölkədə benzin qıtlığına səbəb ola bilər”.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika və Maliyyə İnstitutunun iqtisadi departamentinin rəhbərinin müavini Sergey Kondratyevin “Forbes” jurnalında nəşr edilən məqaləsində deyilir. 

Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında təmir işlərinin aparılmasını çətinləşdirir.

Belə ki, burada əsas amil xarici ölkə avadanlıqlarının çatışmazlığıdır. O əlavə edib ki, ölkə zavodlarına pilotsuz uçuş aparatları ilə hücumların edilməsi də müəssisələrə dəyən zərərin sayını artırır. 

“Rusiya neft emalı zavodlarının ümumi gücü ildə 340 milyon ton neft təşkil edir. Lakin təmir və modernləşdirilmə ilə bağlı problemlərə görə, yayda ölkədə daxili bazarda benzin qıtlığı yarana bilər”, -deyə Kondratyev bildirib. 

O vurğulayıb ki, ölkə zavodları idxal olunan avadanlıqlardan əhəmiyyətli dərəcədə asılıdırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top