Naxçıvan Muxtar Respublikasında bir gündə 100 min ağac əkilib

SOSİAL 16 mart 2024, 18:02
 “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində muxtar respublika ərazisində ağacəkmə aksiyaları keçirilib. 

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçıllğı, dövlət və özəl təşkilatların nümayəndələri və könüllülərin iştirakı ilə baş tutan aksiyalar zamanı  bir gündə 100 min ağac əkilib.

Sonda könüllülərin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fləşmob təşkil olunub və “Naxçıvan 100 il” yazısı  nümayiş etdirilib.

 Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top