Təhvilə az qaldı! — “City Garden Narimanov”

SOSİAL 15 mar 2024, 14:51
“Kristal Abşeron” “City Garden Narimanov” layihəsində gedən təmir işləri ilə bağlı yeni məlumat açıqlayıb. Şirkətin verdiyi məlumata görə layihədə təmir prosesi sürətlə davam edir. Belə ki, hazırda “City Garden Nərimanov”-da həyətyanı zonada yaşıllaşdırılma və abadılıq işlərinə başlanılıb, artıq bir çox binalarda fasad işlərinin (keramoqranit üzlük) 85 faizi tamamlanıb, pəncərələr quraşdırılıb. Mənzillərin daxilində isə kosmetik təmir işləri görülür. “City Garden Nərimanov”-un birinci mərhələsindəki mənzillər qısa müddətdə (yay aylarında) tam təmirli formada sakinlərə təhvil veriləcək. Bu isə hazır mənzil sahibi olmaq istəyənlər üçün əsl fürsətdir.

Coğrafi olaraq Bakının mərkəzində yerləşən "City Garden Narimanov” Heydər Əliyev prospektinin yaxınlığında, Nəriman Nərimanov metrostansiyasına qısa məsafədədir. Şəki dairəsindən çəkiləcək yeni yol və tunel sayəsində kompleksə daha qısa zaman ərzində çatacaqsınız.

Qeyd edək ki, "City Garden Narimanov”un təmir-tikintisində məşhur dünya markalarından istifadə edilir. Hamam aksesuarları Almaniya istehsalı "Grohe” və "Hansgrohe”, pəncərə şüşələri Amerika markası "Guardian Glass”, kabel sistemi İtaliya markası "Prysmian” yanmayan kabelləri, parketlər Kanada markası "Coswick”, elektrik açarları və aksesuarları İtaliya istehsalı "Gewiss”dir.

İndi "City Garden Narimanov” satış mərkəzinə yaxınlaşaraq şəxsi büdcənizə uyğun aylıq ödəniş məbləği təyin edərək tam təmirli, premium mənzil sahibi ola bilərsiniz. Satış mərkəzi layihənin daxilində yerləşir və siz bura gələrək həm də inşaatla yaxından tanış ola bilərsiniz.

Satış ofisinin ünvanı:
https://maps.app.goo.gl/GHdjd2Lssa16WocR8

Ətraflı:
*1544 / 050 293 10 10

https://www.kristalabsheron.az/az/project/index/55/city-garden

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top