Dərman qiymətlərinin aşağı düşməsi gözlənilir

SOSİAL 14 mar 2024, 13:14
“Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklərdən sonra ölkəmizdə dərman istehsalının sənayesinin yaradılmasının şahidi olduq. Artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib, bir neçəsinin də yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir”. 

Demokrat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında bildirib.



“Dərman istehsalı müəssisələrinin yaradılmasında təkcə azərbaycanlı sahibkarlar iştirak etmir, həmçinin bu işə dünyada tanınmış şirkətlər də cəlb olunur. Belə müəssisələrinin istifadəyə verilməsi keyfiyyətli dərman istehsalına, xaricdən ölkəyə gətirilən dərmanların sayının azalmasına gətirib çıxaracaq. Eyni zamanda, yaxın vaxtlarda dərmanların qiymətinin aşağı düşməsi ilə də nəticələnəcək”, - deyə komitə sədri vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top