"Bir yerdə yanğın olsa yenə də günahı Yazıçılar Birliyində görəcəklər" — 86 yaşı tamam olan Anar

MƏDƏNİYYƏT 14 mart 2024, 12:45
“86 yaşım tamam olur. Ən böyük arzum Şuşanın işğaldan azad olunması idi, o arzuma da çatdım. Artıq həyata keçməyən arzum qalmayıb. İndi arzularım ailəmlə, övladlarımla, nəvələrimlə bağlıdır. Nəvəm öz adımı daşıyır. İstəyirəm ki, onlar xoşbəxt, firavan yaşasınlar. Gənclik illərində də müxtəlif arzularım olub. İstəyirdim ki, yazılar yazım, onlara filmlər çəkilsin. Bunların da əksəriyyəti reallaşıb. Əlimdə bir-neçə ssenari də var, amma hələ ki, film çəkilmir. Mədəniyyət Nazirliyi deyir ki, pulumuz yoxdur. Nə deyim vallah”
 
Bunu Moderator.az-a xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar deyib. O daha sonra əlavə edib.

“Bu gün məni mənəvi aşınma narahat edir. Mənəvi dəyərlər itib, böyük-kiçiyə hörmət qalmayıb. Bayağı şeylər meydana çıxır. Bunlar heç də xoşagələn hal deyil. Bu gün mənə deyəndə ki, “Azərbaycanın məşhur yazıçısı” mən bu sözü qəbul edirəm. Bəli, məni Azərbaycanda tanıyırlar. Mənə “dünya şöhrətli yazıçı” deyəndə ona görə ətim tökülür ki, dünya şöhrətli yazıçı olmaq başqa bir şeydir. Mənim də xarici ölkələrdə əsərlərim çap olunub. Amma özüm haqqımda heç vaxt demərəm ki, dünya şöhrətli yazıçıyam. Bu sözü qəbul etmirəm. Mən Azərbaycan şöhrətli yazıçıyam” deyə xalq yazıçısı bildirib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top