Rəşid Mahmudov ETİRAZ ETDİ: “Qohum evliliklərinin qadağan olunması boş şeydir, geni xarabdırsa...”

SOSİAL 14 mar 2024, 11:19
“Qohum evliliklərin qadağan olunması mümkün deyil. Bu boş şeydir. Evlənən evlənəcək onsuz. Bu evliliyi heç kim qadağan edə bilməz. Biz Azərbaycanlıyıq, hər zaman qohuma qız verib, qohumdan qız almışıq. Elə bölgələrimiz var ki, sırf qohum evliliklərinə üstünlük verir. Həmişə olub, olacaq da. Biri xalası qızı ilə evlənmək istəyir, ona kim mane olacaq ki? Uzaq başı kəbinini kəsdirməyəcək, amma nəticədə yenə də evlənəcək”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib.

“Genetik xəstəliklər var. Hansı ki, bu lap yaxın qohumlara aiddir. Məsələn xala uşaqlarına, əmi uşaqlarına. Onların genlərində xarablıq olanda olur. Genləri düzdürsə onların izdivacından doğulan uşaqlar da sağlam olacaq. Geni xarabdırsa qohumla yox, başqası ilə evlənəndə də uşaq xəstə doğulacaq. Bunu başa düşmürlər, elə ucundan tutub ucuzluğa gedirlər. Nə qədər müzakirə olunursa-olunsun. Bunların qohum evliliyi ilə heç bir aidiyyatı yoxdur. Toxum xarabdırsa, ondan doğulan uşaqlar da xarab olacaq. Onsuz da bizdə heç kim sevib evlənmir. O gün tiktokda görürəm ki, 92 yaşlı yapon kişi ilə 99 yaşlı qadın əl-ələ tutub oynayırlar. Elə bilirsən ki, 50-60 yaşları var. Bizim kişilər də qocalan kimi qadınının dədəsinin gorunu söyür. Deyir ki, səni mənə urcah edənin... Axı özü sevib evlənməyib (gülür)” deyə həkim bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top