Azad edilmiş ərazilərdə 2 polisimiz həlak oldu

HADİSƏ 13 mar 2024, 08:00
Martın 13-də saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

DİN-in mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top