“Pafosdan başqa bir şey deyil” — Deputata ETİRAZ

GÜNDƏM 12 mart 2024, 19:43
Xəbər verdiyimiz kimi “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Bu gündən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri fəaliyyətini dayandırır.

Deputat Razi Nurullayev Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən fərdi avtomobil sahiblərinin cərimələnməsinə etiraz edib: “Fürsət bilib elə bu gündən 80 manat cərimə etmək nə anlaşılandır, nə də doğru yanaşma. Nəqliyyatı Əlaqələndirmə Şurası “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Mən də bunu bəyənirəm. Qərar dünən verilib. Sürücülərin çoxu da məlumatsızdır. Yol polisləri ərazidədir və xəbərsiz sürücülər əraziyə daxil olan zaman onları 80 manat məbləğində cərimə edirlər”, - deyə deputat etirazını açıq şəkildə dilə gətirib. O, müvafiq dövlət qurumunu daha səbirli olmağa səsləyib: “Qərar dünən verilib. Nə haydı ki, elə bu gündən fürsət bilib hamını cərimələyəsən. Bir həftə ərzində şifahi xəbərdarlıq edilməlidir. Həmən cərimə yazmaq heç düzgün yanaşma deyil”, deputat əlavə edib. 

Hüquqşünas Mehman Muradlı isə deputatın dediklərinə qatılmır. O, məsələ barədə fikirlərini Demokrat.az-a açıqlamasında bölüşüb:

“Sözügedən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub. Qərar qəbul olunursa, icrası da gecikdirilməməlidir. Qərarda cərimə sanksiyası öz əksini tapıb, heç bir xəbərdarlıqdan söhbət getmir. Ərazidə qadağanedici işarələr var. Hər bir sürücü də bilir ki, bu işarə olan yerdə maşın saxlamaq olmaz. Sürücülərə xəbərdarlıq etmək, insanları maarifləndirmək kimi sözlər pafosdan başqa bir şey deyil”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top