“Bitkoin”in qiyməti rekord həddə çatdı — “Böyük kapital axını gözlənilir”

GÜNDƏM 11 mart 2024, 15:07
“Bitcoin”in (BTC) qiyməti son 3 ildə ilk dəfə maksimum həddə çatıb. Martın 11-i “bitcoin” 71 min dollarlıq həddi keçərək “Binance” birjasında 71 min 658 dollara qədər bahalaşıb. Kriptovalyuta üzrə mütəxəssis Elnur Quliyev Demokrat.az-a açıqlamasında BTC-nin qiymətinin artmasının səbəblərini şərh edib:



““Bitcoin” hazırda 1,4 trilyon dollar bazar kapitalizasiyası ilə 71 min 200 dollar ətrafında ticarət edilir. Bu qiymətlə BTC ümumi bazar kapitalizasiyasının 52,2%-ni təşkil edir. Fondların və korporativ şirkətlərin “bitcoin”ə kəskin tələbatı yaranıb və kriptovalyuta bazarına əlavə kapital daxil olur. Statistik məlumatlara əsasən BTC-nin qiyməti həmişə “bitcoin halving” hadisəsindən bir neçə ay əvvəl artmağa başlayır və maksimum həddə qədər yüksəlir. Bunun aprel ayından baş verməsi gözlənilir. Bahalaşmanın digər bir səbəbi də ABŞ Federal Ehtiyatlar Sisteminın (FRS) uçot faiz dərəcəsini vaxtından əvvəl endirəcəyi ilə bağlı gözləntilərdir.

“Bitcoin”in bahalaşması dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Böyük kapital axını olacaq və kriptovalyuta bazarında bazar kapitalizasiyası artmağa davam edəcək. Bu həm “bitcoin”in, həm də digər “altcoin”lərin qiymətinin qalxmasına təsir edir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top