DİM Laçında və Füzulidə yerləşən bu məktəblərdə imtahan keçirir

SOSİAL 10 mar 2024, 11:30
DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəbdə, Zabux kənd tam orta məktəbində və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirir.

Demokrat.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Xatırladaq ki, bu gün DİM respublikanın 33 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir və bu imtahanlarda 53 min 102 şagirdin iştirakı nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 apr 2024, 18:15
Top