İmişlidə yol qəzası olub, xəsarət alanlar var

HADİSƏ 09 mar 2024, 21:31
İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri Şahin Kərimov və Şahmar Kərimov xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top