Bakıda taksilər əsasən bu rənglərdən ibarət olacaq

SOSİAL 06 mart 2024, 11:11
Bakı şəhərində taksi fəaliyyəti göstərən avtomobillərin rəngləri əsasən ağ və qırmızıdan ibarət olacaq.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlandığı bildirilir.

Qeyd olunub ki, taksi parkları mərhələli şəkildə yenilənəcək, ili köhnə, istismara yararsız avtomobillər taksi fəaliyyəti göstərə bilməyəcək.

Vurğulanıb ki, hazırda istifadədə olan istismara yararlı digər rəngli avtomobillərin fəaliyyətinə də məhdudiyyət qoyulmayacaq.

Pravda.az məsələ ilə bağlı AYNA-ya sorğu ünvanlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top