Bakıda “Avropa Bilik Yarışması” keçirildi

SOSİAL 03 mar 2024, 10:30
Martın 2-də Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi “Gənc Avropa Səfirləri” şəbəkəsi ilə birlikdə “Avropa Bilik Yarışması” müsabiqəsini keçirmişdir. Bu müsabiqə Avropa Bacarıqlar İli çərçivəsində “Doğru bacarıqlar qazan” şüarı altında təşkil edilən silsilə tədbirlərin bir hissədir.

Azərbaycanın müxtəlif bölgələrindən olan 14-26 yaş arasında gənc istedadları bir araya gətirən yarışın məqsədi Avropa Ittifaqı və ona üzv dövlətlərə dair biliklərin, həmçinin dəyər və mədəniyyətlərin canlı ünsiyyət mühitində interaktiv şəkildə təşviq olunmasını dəstəkləmək, analitik bacarıqları inkişaf etdirmək, eyni zamanda komanda işini gücləndirməkdir.

Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko iştirakçıları salamlayaraq bildirmişdir: “Avropa İttifaqı təhsil və peşə təhsili sahəsində müxtəlif proqramlar həyata keçirməklə, o cümlədən təhsil sərgiləri təşkil etməklə Azərbaycan gənclərinin öz potensiallarını tam şəkildə gerçəkləşdirmələrində onları dəstəkləmək yolunu seçmişdir, bu yarışma da bacarıqlarınızın əyləncə yolu ilə artırılması, həmçinin Azərbaycanın uzunmüddətli və strateji tərəfdaşı olan Avropa İttifaqı haqqında əlavə məlumatın əldə edilməsi baxımından nəzərəçarpan bir nümunədir”.

“Hər il Azərbaycandan Avropa İttifaqına daxil ölkələrinin universitetlərində təhsil almaq üçün, eləcə də Aİ ölkələrindən Azərbaycanda təhsil almaq üçün yüzlərlə tələbə müraciət edir. Bu çox vacib nüansdır”, – Mixalko əlavə edib.

“Avropa Bilik Yarışması” müsabiqəsinə Bakı, Gəncə, Xaçmaz, Lənkəran və Sumqayıtdan təxminən 300 üzvün qatıldığı 72 komanda müraciət etmişdir. 65 gəncin təmsil olunduğu 18 komanda yarışda iştirak hüququnu qazanmışdır.

Qalib komandalar: 1-ci yer – Sinaps , 2-ci yer-The Rapture, 3- cü yer- Jong Ajax.
Belçika, İsveç, Almaniya, Fransa, Rumıniya və Slovakiyanın Azərbaycanda fəaliyyət göstərən səfir və diplomatları tədbirdə iştirak etmişlər.

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 1,2 və 3cü yerin​ qaliblərinə mükafatlar vermişdir. Yarış iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top