Ermənistanla normallaşmanı Azərbaycanla koordinasiya edəcəyik — Ərdoğan

XARİCİ SİYASƏT 01 mar 2024, 17:17
Ermənistanla münasibətlərin normallaşdırma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirəcəyik.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, Qarabağın 30 ildən sonra azad edilməsi nəticəsində münasibətlərin normallaşması üçün şərait yaranıb.

Ərdoğan Türk dünyasının güclənməsi üçün bütün lazımi addımları atacağını vurğulayıb.

Türkiyə lideri NATO-nun genişlənməsindən, Qəzzadakı müharibədən də bəhs edib. Ərdoğan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması zəruri olduğunu deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top