“Azəriqaz”: 111 minə yaxın evdə texniki müayinə aparılıb

SOSİAL 01 mar 2024, 14:32
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 111 minə qədər mənzildə müayinə aparılıb.

Demokrat.az
xəbər verir ki, bu sözləri “Azəriqaz” İB- nin SƏTƏMM və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, “Azəriqaz” İB istehlakçıların mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinələrə başlayıb və artıq respublika üzrə 111 minə yaxın evdə texniki müayinə keçirilib:

“Keçirilən texniki müayinələr zamanı 68 minə yaxın nöqsan aşkarlanıb. Bundan əlavə 4855 mənzildə xüsusi təhlükəli vəziyyət qeydə alınıb.   

Qarşılaşdığımız nöqsanlar əsasən bağlı yerlərdə qaz borularının quraşdırılması, vanna otaqlarında qapının içəri açılması, cihazların istismar müddətinin bitdiyi halda istifadə olunması, tüstü bacalarında sovurmanın olmaması, həyət evlərində tüstü bacalarının olmaması və daha bir çox bu kimi hallardır”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top