Hakan Fidan qazaxıstanlı həmkarı ilə görüşdü

DÜNYA 29 fev 2024, 20:40
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Qazaxıstan Baş xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. 

Demokrat.az
xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Məlumata görə, martın 1-3-də keçiriləcək 3-cü Antalya Diplomatik Forumu öncəsi keçirilən görüşdə ikitərəfli siyasi əlaqələr  müzakirə olunub.

Eyni zamanda müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar qiymətləndirilib. 

Həmçinin, ötən il iki ölkə arasında 10 milyard dollarlıq ticarət həcmi hədəfinin aşıldığı xatırladılıb.

Bundan başqa, tərəflərin ticarət, enerji və nəqliyyat layihələrini dəyərləndirdikləri qeyd edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top