Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında gənc alimlərin elmdə rolundan danışıb. O vurğulayıb ki, gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik: “Hazırda bu zalda gənc alimlər arxada əyləşib. Hesab edirəm ki, bu, elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun. Gənc alimlərin qərar verəcək postlarda olması vacibdir. Düşünək nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır", E.Əmrullayev vurğulayıb.
Nazirin qaldırdığı problem barədə Demokrat.az-a fikirlərini bölüşən professor Şahlar Əsgərov hesab edir ki, bu məsələ tək bir qurumun rəhbəri tərəfindən deyil, bütün aidiyyəti qurumlar tərəfindən gündəmə gətirilməlidir:
“Bu məsələnin qaldırılması əlbəttə sevindiricidir. Elm arxasıyca gedən gənc baxmalıdır ki, cəmiyyət özündən əvvəlki alimlərə hansı qiyməti verib. Azərbaycan və dünya elminə töhfə verən 3 alimimizin adını çəkəcəyəm. Astrofizik Nadir İbrahimov – Şamaxı Rəsədxanasında apardığı müşahidələr nəticəsində Mars, Venera və Yupiterin İo peykinin öyrənilməsində böyük nailiyyətlər əldə edib. Beynəlxalq Astronomiya İttifaqı Mars səthindəki krateri onun şərəfinə adlandırıb. O özü qubalı olub, amma bitirdiyi məktəb onun adını daşımır, Astrofizika Rəsədxanasında laboratoriya onun adınadır?! Cəmiyyət onun qazandığı beynəlxalq uğuru görmür. İkinci alimimiz Elyaz Babayev – Texniki Universitetin müəllimi olub. O vaxt yaxşı nəticəyə kəşf diplomu verirdilər. E.Babayev yeganə azərbaycanlıdır ki, kəşf diplomunu alıb. Buna elm cameəsi qiymət vermədi, o da köçdü getdi xaricə. Abbas Çayxorskinin adını da çəkmək istəyirəm, kimyaçı olub. SSRİ-də böyük vəzifə daşıyıb. Kərim Kərimovdan sonra kosmos sahəsində ikinci adamdır. Heç öz fakültəsində şəkli vurulmayıb, deyirlər tanımırıq”.
Ekspertin fikrincə, istedadlı gəncliyi elmdə görmək istəyiriksə, ona maddi dəstəklə yanaşı, mənəvi dəstək də olmalıyıq:
“Adını çəkdiyim 3 alim vaxtında deputat seçilə bilərdi. Bu da olardı mənəvi dəstək. Yəni, hərə öz postunda alimi dəstəkləməlidir, Prezidentə belə insanlar haqqında mütəmadi məlumatlar verilməlidir. İstedadlı gənclər görəndə ki, onlara dövlət qayğısı var, həvəslənəcəklər. İstedadlı adamın elm yolunda addımlaması cəmiyyəti saflaşdırır. Bir nazirin fikri ilə düzələn məsələ deyil bu. Cəmiyyət meyxanaçını, müğənnini tanıyır, amma alimi tanımır”.
Törə Zeynallı
Demokrat.az