Avtobusların toqquşması nəticəsində 19 nəfər öldü

HADİSƏ 29 fev 2024, 19:10
Mərkəzi Amerika ölkəsi Hondurasda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb, 11 nəfər yaralanıb.

Demokrat.az
xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, ölkənin qərbindəki San Juan de Opoa şossesində baş verən qəzada iki avtobus toqquşub. 

Qəzada 19 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb. 

Qeyd edək ki, avtobuslardan birinin qeyri-qanuni mühacirləri daşıdığı bildirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top