Xəbər verdiyimiz kimi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.
Politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında deyib ki, Avropa artıq sülh müqaviləsi məsələsinə daha ciddi yanaşmağa başlayıb:
“Görünür Qərbin Ermənistanla, Cənubi Qafqazla bağlı planları var. Burada təbii ki, Avropa Birliyinin iki əsas dövləti Almaniya və Fransa çalışır ki, Paşinyanın tez-tez təkrarladığı Ermənistanın 29 min kvadrat kilometrlik ərazi bütövlüyünü qorusun və Azərbaycanla sülh müqaviləsi imzalansın. Avropanın danışıqlarda tərəfdaşlığına nə qədər güvənmək olar? – bu, sual altındadır. Hər bir halda Azərbaycan güclü tərəfdir və məsələyə öz maraqları çərçivəsindən baxmalıdır. Düşünürəm ki, Azərbaycan öz maraqlarına uyğun danışıqlar prosesində addımlar atacaq. Amma yaxın vaxtlarda Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh müqaviləsinin imzalanacağını gözləmirəm”.
Törə Zeynallı
Demokrat.az