“AFB BANK” tender elan edir

MALİYYƏ 29 fev 2024, 09:29
Tenderin adı: “AFB BANK” ASC tərəfindən  DNS Təhlükəsizlik üzrə  proqram təminatının satın alınması.

Tenderin elan tarixi: 29.02.2024

Tenderin son tarixi : 19.03.2024

07.03.2024 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.

19.03.2024 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
- Şirkətin porqram təminatını Azərbaycanda inteqrasiya təcrübəsi olmalıdır;
- Şirkətin təklif olunan məhsul üzrə sertifikasiyadan keçmiş əməkdaşı olmalıdır;
- tender təklifi 31.04.2024 tarixinə kimi  qüvvədə olmalıdır;

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 07.03.2024-cü il -tarixində saat 17:00-a kimi poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( vusal.mehdiyev@afb.az  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top