Həbib - Porye döyüşü saat neçədə başlayır və hansı telekanalda yayımlanacaq?

İDMAN 07 sen 2019, 16:14

Mütləq döyüş çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov ilə Poryenin döyüşünə maraq böyükdür. 


Demokrat.az xəbər verir ki, Əbu-Dabidə baş tutacaq döyüş ərəfəsində Həbib çəkisini zəruri həddə çatdırıb. 


Həbib ilə Poryenin döyüşü bu gün saat 22:00-da başlayacaq. Döyüşü Rusiyanın Boeç Tv və Türkiyənin S Sport kanallarında canlı yayımlanacaq. 


Hələ ki, heç bir Azərbaycan TV-si döyüşü canlı yayımlayacağını açıqlamayıb.


Oyunun CBC Sport telekanalında yayımlanacağı iddia edilir. Ancaq telekanal bununla bağlı rəsmi səhifələrində açıqlama verməyib.(Azxeber)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top