Cari ilin ilk görüşü — FOTOLAR

SOSİAL 28 fev 2024, 11:01
SOCAR-ın “Azəriqaz” İB yanında İctimai Şuranın sədri və üzvlərinin cari ildə ilk görüşü Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları ilə baş tutub.

BRQSD-nın inzibati binasında keçirilən görüşdə Birliyin məsul şəxsləri tərəfindən Departamentin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. İctimai nəzarəti həyata keçirən Şura üzvləri vətəndaşların qaz təchizatında üzləşdiyi problemlərdən söz açaraq müəyyən mövzularda suallara cavab axtarıblar. Daha sonra İctimai Şuranın sədri və üzvləri abonent məmnunluğunun qazanılması istiqamətində bəzi təkliflər irəli sürüblər.

Müzakirələrin ardınca Bakı Regional Qazın Satışı Departamentinin şöbələrinin iş prinsipi ilə yaxından tanış olmaq məqsədilə bəzilərinə baş çəkilib.

Sonda  BRQSD-nın bütün əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulanıb və xatirə şəkli çəkilib.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top