Fələstinin baş naziri Məhəmməd Ştiyye istefa verdiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, nazir İordan çayının qərb sahilindəki Ramallah şəhərində hökumətin həftəlik iclasında çıxış edib.
İstefasını Fələstin prezidenti Abbasa təqdim etdiyini bildirən Ştiyye, istefa qərarını 20 fevralda prezidentə şifahi şəkildə çatdırdığına diqqət çəkib.
Ştiyyə Qəzza zolağında baş verən proseslərlə əlaqədar hökumət səviyyəsində yeni tənzimləmələrə ehtiyac olduğunu bildirib.
Həmçinin, Fələstin dövləti qurulana qədər İsrailə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Aysu
Demokrat.az