Belçikada fermerlərin etiraz aksiyaları davam edir

DÜNYA 26 fevral 2024, 21:59
Avropada ekoloji qaydalara və kənd təsərrüfatı siyasətlərinə qarşı fermerlərin etirazları şiddətlə davam edir. 

Demokrat.az
xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) siyasətlərinə etiraz edən fermerlər küçələrə atdıqları ot və təkər yığınlarını yandırıblar. 

100-dən çox traktorla Aİ Şurasının yanına gələn fermerlər yolu bağlayıb.

Bölgə polisi təzyiqli su və gözyaşardıcı qazla etirazçılara müdaxilə edib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top