Qarabağ Universitetinin tələbələrinə həvəsləndirici təqaüd veriləcək — Nazir

SOSİAL 26 fev 2024, 13:54
Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universitetinə yüksək balla qəbul olacaq tələbələrə həvəsləndirici təqaüd veriləcək.

Demokrat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda universitetin fəaliyyətə başlaması üçün lazım olan hazırlıq işləri davam edir: “Universitetdə təhsil alacaq bütün tələbələrin orada qalması üçün hamısının yataqxanada qalması təmin ediləcək”.

Qeyd edək ki, Qarabağ Universitetində yeni tədris ilindən tələbə qəbulunun aparılması nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top